UEFA Super Kubokunun qalibi müəyyənləşir

10:59 - 10 Avqust 2022

Bu gün UEFA Super Kubokunun qalibi məlum olacaq.

 

Sportal.az xəbər verir ki, titul uğrunda Çempionlar Liqasının qalibi olan "Real"la Avropa Liqasında zəfər qazanan "Ayntraxt" üz-üzə gələcək.

 

Helsinki Olimpiya Stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtilə saat 23:00-da start götürəcək.

 

10 avqust

UEFA Superkuboku

23:00. "Real Madrid" (İspaniya) - "Ayntraxt" (Frankfurt, Almaniya)

Baş hakim: Maykl Oliver

Helsinki Olimpiya Stadionu

Xəbər xətti