"Qarabağ"ın "Viktoriya" ilə oyunlarının vaxtı açıqlandı

13:04 - 10 Avqust 2022

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə keçirəcəyi oyunların vaxtı açıqlanıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 20:45-də start götürəcək.

Komandalar arasında cavab oyunu isə avqustun 23-də Plzendə olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti