"Yuventus" serbiyalı yarımmüdafiəçi transfer etdi

14:40 - 11 Avqust 2022

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Ayntraxt"ın yarımmüdafiəçisi Filip Kostiçi transfer edib. Bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı serbiyalı futbolçu artıq Turinə gedib. Tibbi müayinədən sonra onunla rəsmi müqavilə imzalanacaq,

 

Qeyd edək ki, "Ayntraxt" Filip Kostiçi 2019-cu ilin yayında "Hamburq"dan transfer etmişdi. Serbiya millisinin üzvü son mövsümdə Frankfurt təmsilçisinin heyətində meydana çıxdığı 33 matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb. O, komanda ilə Avropa Liqasının qalibi olub.

Xəbər xətti