"Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı

22:56 - 13 Avqust 2022

Futbol üzrə Çexiya I Liqasında III turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Viktoriya" səfərdə "Hradeç"in qonağı olub. Qarşılaşma Plzen təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

3 turdan sonra 7 xal toplayan "Viktoriya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" "Viktoriya" ilə ilk matçı 17 avqust tarixində, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Komandalar arasında cavab oyunu isə ayın 23-ü Çexiyada baş tutacaq.

Xəbər xətti