"Beşiktaş"da ciddi itki

14:56 - 17 Avqust 2022

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçisi Raşid Gezzal sıradan çıxıb. Əlcəzairli vinger Super Liqanın 2-ci turunun "Alanyaspor"la matçında (3:3) zədələnib.

 

Klubun yaydığı açıqlamada ayaq barmağı sınan 30 yaşlı futbolçunun müalicəsinə başlanıldığı bildirilib. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı müalicə prosesindən asılı olacaq.

 

Qeyd edək ki, Raşid Gezzal cari mövsümdə "Beşiktaş"ın heyətində meydana çıxdığı 2 Super Liqa matçında 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti