"Bavariya" fransalını "Sevilya"ya satdı

19:56 - 17 Avqust 2022

İspaniyanın "Sevilya" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Əndəlus təmsilçisi "Bavariya"dan Tanqi Nyanzunu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

20 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. La Liqa klubunun bu keçid üçün münhenlilərə 16 milyon avro ödədiyi bildirilir.

 

Tanqi Nyanzu "Bavariya"ya 2020-ci ilin yayında Fransanın "Paris" klubundan transfer olunmuşdu. Fransalı müdafiəçi son mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 22 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti