"Barselona"nın forvardı "Çelsi"yə keçir

18:27 - 18 Avqust 2022

"Barselona"nın hücumçusu Pyer-Emerik Obameyanq komandasını dəyişməyə hazırlaşır.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, qabonlu forvard "Çelsi" ilə danışıqlara başlayıb.

Məlumata görə, "zadəganlar" afrikalı hücumçu ilə artıq şəxsi razılıq əldə edib. "Çelsi" Obameyanqın transferi üçün "Barselona"nı da razı salmağa çalışır. Əgər tərəflərin danışıqları müsbət yekunlaşsa, hücumçu "Çelsi"də oynayacaq.

Xəbər xətti