"Milan"ın sabiq forvardı Fransada

20:23 - 18 Avqust 2022

Seneqal millisinin forvardı Mbaye Nyanq "Bordo"dan ayrılıb.

Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu "Oser"lə anlaşıb.

Nyanq yeni komandası ilə iki illik müqavilə imzalayıb.

Afrikalı forvard əvvəllər “Kan”, “Milan”, “Monpelye”, “Cenoa”, “Uotford”, “Torino”, “Renn” və “Əl-Əhli” klublarında çıxış edib. 

Xəbər xətti