"Borussiya" Ronaldonun xidmətindən imtina etdi

21:11 - 18 Avqust 2022

Portuqaliya millisinin forvardı Kriştiano Ronaldonun Almaniya Bundesliqasında oynamaq ehtimalı olub.

Sportal.az xəbər verir ki, portuqaliyalı "Borussiya"ya təklif edilib.

Amma Dortmund təmsilçisi 36 yaşlı forvardın xidmətində maraqlı olmadığını açıqlayıb.

Almaniyalılar Çempionlar Liqasında iştirak etdiyinə görə Ronaldo həmin klubun formasını geyinməyə hazır idi. Lakin "Borussiya" Ronaldonu istəmədiyinə görə transfer baş tutmayıb.

Xəbər xətti