Nazarovun komandasından səfər heç-heçəsi

17:56 - 20 Avqust 2022

Almaniya III Bundesliqasında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nağıyevin çıxış etdiyi "Aue" səfərdə "Saarbruken"in qonağı olub. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

Dmitri Nazarov bu matçın iştirakçısı olmayıb. 32 yaşlı yarımmüdafiəçi görüşü sona kimi ehtiyat oyunçular skamyasından izləyib.

 

5 turdan sonra 3 xal toplayan "Aue" turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.

Xəbər xətti