Rəşad Sadıqov: "VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin?"

16:10 - 22 Avqust 2022

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov İsntaqram hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının III turunda "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri matçın VAR hakimi Nicat İsmayıllını tənqid edib:

 

"79-cu dəqiqədəki Hamidu ilə Almirin toqquşması zamanı israrla "penalti" deyən, ondan bir neçə saniyə əvvəl Sərtan-Vüsal mübarizəsindəki qayda pozuntusunu baş hakimə göstərməyən, VAR-da əyləşən Nicat qardaşım, bu epizodda heç bir qayda pozuntusu görmədin? Heç olmasa, yalandan da olsa, baş hakimə bir də bu epizoda baxmasını təklif edərdin. Yəni, pauza yaranacaq deyə narahat olmadığını oyununun 6 dəqiqəlik dayandırılmasında da hiss etdik. 1 dəqiqə bu epizoda vaxt getsəydi, heç nə olmazdı. Maraqlıdır ki, şərhçi Nurlan Valehoğlu qayda pozuntusunu görür, amma Nicat görmədi".

 

Xəbər xətti