"Kəpəz"in zədəli hücumçusu məşqlərə qoşuldu

16:14 - 25 Avqust 2022

"Kəpəz"in zədəli futbolçularından Mixeil Erqemlidze məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, körpücük sümüyünü zədələyən hücumçu tibb xidmətinin müsbət diaqnozundan sonra əvvəlcə fərdi halda hazırlıq keçib. Daha sonra qrup şəklində məşqlərə qoşulub. Mixeilin həftəsonu "Səbail" ilə görüşdə oynayıb-oynamayacağı hazırlığından asılı olacaq.

 

"Neftçi" ilə oyunda zədələnən digər futbolçu Yeqor Xvalkonun isə müalicəsi davam edir.

Xəbər xətti