Ukraynada azərbaycanlı futbolçuların duelində qonaqlar sevindi

22:28 - 25 Avqust 2022

Ukrayna Premyer Liqasında 2021/2022 mövsümünə start verilib.

 

Sportal.az xəbər verir ki, ilk turda azərbaycanlı futbolçular Dmitri Nağıyevin çıxış etdiyi "İnqulets"lə Emil Mustafayevin formasını geyindiyi "Aleksandriya" üz-üzə gəlib. Qarşılaşma Mustafayevin komandasının 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nağıyev bu görüşün iştirakçısı olub. 26 yaşlı müdafiəçi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub. Qonaq komandanın şərəfini qoruyan Emil Mustafayev isə sonadək ehtiyatda qalıb.

Xəbər xətti