"Qəbələ" "Zirə" ilə matça 3 itki ilə hazırlaşır

16:44 - 30 Avqust 2022

“Qəbələ”nin üç futbolçusu komandanın məşq prosesində iştirak etmir.

 

Sportal.az xəbər verir ki, sağ ayağının çarpaz bağları qopan Rüfət Əhmədov həftəsonu əməliyyat olunacaq. Urfan Abbasov və Yaovi Akakpo proqram üzrə bərpa prosesini davam etdirirlər.

 

Zədədən sonrakı bərpa dövrünü başa vuran Gülağa Əsədov isə “Qəbələ-2”nin məşqlərinə qoşulub.

 

Qeyd edək ki, "Qəbələ" Misli Premyer Liqasının V turunda səfərdə "Zirə"nin qonağı olacaq. Qarşılaşma 4 sentyabr tarixində baş tutacaq.

Xəbər xətti