Türk futbolçu Almaniyada ən yaxşı seçildi

12:11 - 1 Sentyabr 2022

Almaniyanın "Hoffenhaym" klubunda avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına Ozan Kabak layiq görülüb. Məlumatı Bundesliqa təmsilçisinin mətbuat xidməti yayıb.

 

Türkiyəli mərkəz müdafiəçisi avqust ayında "Hoffenhaym"ın heyətində meydana çıxdığı 5 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti