Haaland Premyer Liqanın tarixinə düşdü

14:58 - 1 Sentyabr 2022

"Mançester Siti"nin hücumçusu Erlinq Haland İngiltərə Premyer Liqasının tarixinə düşüb.

 

Sportal.az xəbər verir ki, norveçli forvard buna 5-ci turun "Nottingem Forest"lə matçında (6:0) het-trik etməklə nail olub. 22 yaşlı futbolçu İngiltərə çempionatında ardıcıl iki matçda üç qol vuran 7-ci oyunçudur.

 

Daha əvvəl Les Ferdinand, Yan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni göstəriciyə imza atıb.

 

Qeyd edək ki, Erlinq Haaland cari mövsümdə "Mançester Siti"nin heyətində meydana çıxdığı 5 Premyer Liqa matçında 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Xəbər xətti