Millimizin üzvü sarı vərəqə gördü, komandası uduzdu

23:08 - 2 Sentyabr 2022

Almaniya III Bundesliqasında VII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" səfərdə "Essen"in qonağı olub. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nazarov da bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 32 yaşlı yarımmüdafiəçi 90 dəqiqə meydanda olub. O, 90-cı dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

7 turdan sonra 3 xal  toplayan "Aue" tunir cədvəlinin 20-ci - sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti