Ozan Can "Eyndhoven"ə xal qazandırdı

11:54 - 3 Sentyabr 2022

Futbol üzrə Niderland I liqasında V turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə “Breda” ilə üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

Ozan da bu gün görüşün iştirakçısı olub. 25 yaşlı vinger oyuna start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib. "Eyndhoven"in yeganə qolunu məhz millimizin üzvü Ozan vurub.

“Eyndhoven” 5 oyuna topladığı 13 xalla 20 kollektiv arasında 2-ci pillədə qərarlaşıb.

Xəbər xətti