"Neftçi"nin zədəli futbolçularının durumu açıqlandı

12:57 - 3 Sentyabr 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının V turunda doğma meydanda "Sumqayıt"ı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, matçdan öncə "ağ-qaralar"ın zədəli futbolçuları haqda komandanın baş həkimi Şaiq Zöhrablı klub televiziyasında məlumat verib. Onun bildirdiyinə görə, Azər Salahlı və Sezar Meza Kollidən baş heyətdə zədəli oyunçu yoxdur:

 

"Yeni zədəli yoxdur. Daha əvvəl zədələnən Azər Salahlı və Sezar Meza Kolli var. Azər əməliyyat olunub. Əməliyyatdan sonrakı dövrü keçir. 2-3 ay ərzində komanda ilə məşqlərə qoşulacaq. Meza Kollinin isə reablitasiya dövrü başlayıb. Başqa zədəli oyunçu yoxdur. Son matçda Azər Əliyevin əzələsində spazm olmuşdu. Hazırda vəziyyəti stabildir. Komanda ilə birlikdə məşq edir". 

 

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması bu gün saat 20:30-da "Bakcell Arena"da baş tutacaq.

Xəbər xətti