"Qarabağ"ın rəqibi Bundesliqanın lideri oldu

19:30 - 3 Sentyabr 2022

Almaniya Bundesliqasında V turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" səfərdə Leverkuzen "Bayer"inin qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 12-yə yüksəldən "Frayburq" Almaniya Bundesliqasının lideridir.

 

Qeyd edək ki, "Qarabağ" "Frayburq"la ilk oyunu sentyabrın 8-i Almaniyada keçirəcək. Komandalar arasında ikinci görüş isə 3 noyabr tarixində Bakıda baş tutacaq.

Xəbər xətti