"Araz Naxçıvan"dan 5 cavabsız qol - VİDEO

16:15 - 7 Sentyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda III turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, "Araz Naxçıvan" doğma meydanda "Şamaxı-2"ni qəbul edib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 5:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 9-a yüksəldən "Araz Naxçıvan" turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Şamaxı-2" isə 3 xalla 10-cu yerdədir.

 

"Araz Naxçıvan" - "Şamaxı-2" 5:0

Qollar: Xəyal Tomarov, 21, 60, Orxan Əliyev, 36, Fərid Kərimzadə, 74, Bayraməli Qurbanov, 51

 

Xəbər xətti