"Çelsi" yeni baş məşqçi tapdı

14:33 - 8 Sentyabr 2022

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, London təmsilçisi hazırda "Brayton"u çalışdıran Qrem Potterlə şəxsi razılıq əldə edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

 

47 yaşlı mütəxəssis 2019-cu ilin may ayından "Brayton"u çalışdırır. "Çelsi" ingilis məşqçi üçün onun klubuna 18,5 milyon avro təminat ödəyəcək.

 

Qeyd edək ki, "Çelsi" dünən Tomas Tuxellə yollarını ayırıb.

Xəbər xətti