"Səbail" millimizin üzvünü transfer etdi

16:54 - 9 Sentyabr 2022

"Səbail" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "dənizçilər" Azarbaycanın U-18 milli komandasının üzvü Amin Kareevi transfer edib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

 

17 yaşlı yarımmüdafiəçi ilə ilə 2024/25-ci illər mövsümünün sonunadək müqavilə imzalanıb.

 

Qeyd edək ki, Amin Karaevin son komandası Tbilisi “Dinamo”su olub. Gənc futbolçu daha əvvəl Gürcüstanın U-17 milli komandasında da çıxış edib.

Xəbər xətti