AFFA hakimlərə otaq verməyən klubu cərimələdi

17:12 - 9 Sentyabr 2022

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, toplantıda I Divizionun III turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının futbolçusu İlnur Valiev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Mingəçevir” – “Qarabağ-2” oyununda oyundan sonra azarkeşlərin meydançaya daxil olmasına görə “Mingəçevir” klubu 160 manat cərimə olunur;

“Mingəçevir” – “Qarabağ-2” oyununda AFFA nümayəndəsi, hakim və inspektor üçün stadionda otaq təqdim olunmadığına görə “Mingəçevir” klubu 80 manat cərimə olunur;

“Mingəçevir” – “Qarabağ” oyununda “Mingəçevir” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur;

“Mingəçevir” klubunun futbolçusu Rüstəm Nuruyev ikinci sarıdan qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;

“Qaradağ Lökbatan” – “Zaqatala” oyununda təhlükəsizlik xidmətinin əməkdaşı iclasda iştirak etmədiyinə və oyunun başlanmasına 45 dəqiqə qalmış stadiona gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə olunur;

“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat cərimə olunur.

Xəbər xətti