"Turan Tovuz"dan Vətən müharibəsi qazisinə jest

20:33 - 9 Sentyabr 2022

“Turan Tovuz” – “Kəpəz” oyunundan öncə 44 günlük Vətən müharibəsində müraciəti ilə yaddaşlarda qalan qazi Əli Məmmədova Tovuz klubu adından xüsusi hədiyyələr təqdim edilib.

Sportal.az xəbər verir ki, “arzum, istəyim  “Turan Tovuz”un Premyer Liqara yüksəlməsi, Premyer Liqada oynamasıdır” deyən Əli Məmmədov azarkeşlərin alqışları ilə meydana çıxdı. Klubun icraçı-direktoru Nadir Nəbiyev ona 44 nömrəli forma və mövsümi bilet təqdim edib.

44 günlük Vətən müharibəsində bir çox əsgər və qazilər videomüraciətlə "Turan Tovuz"adəstəklərini bildirmişdi. Bundan sonrakı oyunlarda da hər biri dəvət edilib, onlara hədiyyələr veriləcək.

"Turan Tovuz" "Kəpəz"i 2:0 hesabıyla məğlub edib.

Xəbər xətti