"Qəbələ" Xorvatiyaya 18 futbolçu ilə getdi

18:43 - 11 Sentyabr 2022

Sabah UEFA Gənclər Liqasının Çempionlar yoluna start veriləcək.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin U-19 komandası I mərhələnin ilk oyununu keçirəcək. “Qırmızı-qaralar” Xorvatiyada “Hayduk”la qarşılaşacaq.

 

Zaur Hacıyevin baş məşqçisi olduğu Azərbaycan çempionu səfər matçına 18 futbolçu ilə yollanıb. Artıq oyunun keçiriləcəyi Split şəhərində olan komandanın heyətində Fərid Kələntərov, Ağabəkir Həşimli, Eşqin Əhmədov, Şahin Şahniyarov, Elmir Hüseynli, Sənan Ağalarov, Məmməd Muradov, İbrahim Ramazanov, Xəyal Xudaverdiyev, Bilal İsmayılov, Fuad Əhmədov, Ravil Qafarov, Murad Musayev, Samir Ağayev, Kənan Baxışov, Rüfət Bədəlzadə, Həsən Həsənli, Mehrac Baxşalı yer alıb.

 

Xatırladaq ki, sabah Splitin “Polyud” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xəbər xətti