"Qarabağ"ın rəqibi Bundesliqada heç-heçə etdi

22:35 - 11 Sentyabr 2022

Almaniya Bundesliqasında VI turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Frayburq" doğma meydanda Münhenqladbax "Borussiya"sını qəbul edib. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.

 

Xallarının sayını 13-ə çatdıran "Frayburq" liderliyi əldən verərək ikinci pilləyə düşüb.

 

Qeyd edək ki, "Qarabağ" ilk turun oyununda səfərdə "Frayburq"a 1:2 hesabı ilə məğlub olub. 

Xəbər xətti