"Arsenal"ın Avropa Liqası oyunu təxirə salındı

19:50 - 12 Sentyabr 2022

UEFA Avropa Liqası qrup mərhələsinin ikinci turunun "Arsenal" - PSV oyunu təxirə salınıb.

Sportal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Böyük Britaniya kraliçası II Elizabetin vəfat etməsi olub. UEFA İngiltərədə matçın təşkilində ciddi məhdudiyyətlər olduğu üçün bu qərarı qəbul edib.

Qeyd edək ki, qarşılaşma sentyabrın 15-də keçirilməli idi.

Xəbər xətti