"Nant" Bakıya gəldi

11:11 - 14 Sentyabr 2022

Avropa Liqası qrup mərhələsinin ikinci turu çərçivəsində "Qarabağ" sabah "Nant" klubu ilə qarşılaşacaq.


Sportal.az xəbər verir ki, Fransa təmsilçisi artıq Azərbaycandadır. Komandanı gətirən təyyarə dünən gecə saatlarında Bakıya eniş edib.


Bu gün saat 17:15-də "Nant"ın baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı olacaq. Saat 18:00-da isə kollektiv oyunöncəsi son məşqini həyata keçirəcək.


Qeyd edək ki, "Qarabağ" - "Nant" qarşılaşması sabah saat 20:45-də, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Xəbər xətti