"Arsenal" - PSV matçının keçiriləcəyi tarix açıqlandı

13:50 - 14 Sentyabr 2022

Avropa Liqası qrup mərhələsinin təxirə salınan "Arsenal" - PSV matçının keçiriləcəyi tarix məlum olub.

 

Sportal.az xəbər verir ki, qarşılaşma 20 oktyabr tarixində, Bakı vaxtilə saat 21:00-da baş tutacaq. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.

 

Qeyd edək ki, sabah keçirilməli olan "Arsenal" - PSV görüşü Böyük Britanıya kraliçası II Elizabetin vəfatiı ilə əlaqədar olaraq təxirə salınmışdı.

Xəbər xətti