Çempionlar Liqasında həftənin ən yaxşısı açıqlandı

17:58 - 15 Sentyabr 2022

Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər turun ən yaxşısı "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne seçilib. Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. 

 

Belçikalı futbolçu səsvermədə "Bavariya"dan Camal Musiala, PSJ-dən Kilian Mbappe və "Brügge"dən Ferran Xutqlanı qabaqlayıb.

 

Qeyd edək ki, De Bruyne ötən gecə "Borussiya" (Dortmund) ilə görüşdə (2:1) məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti