Renatın komandası 1/8 finala yüksəldi

12:20 - 18 Sentyabr 2022

İsveçrə Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun şərəfini qoruduğu "Qrasshopper" səfərdə aşağı liqa təmsilçisi "Qoldstern"lə qarşılaşıb. 3:0 hesabı ilə qalib gələn Super Liqa klubu növbəti mərhələyə yüksəlib.

 

Renat Dadaşov bu görüşdə iştirak etməyib. 23 yaşlı forvardın adı matçın iştirak ərizəsində yer almayıb.

Xəbər xətti