"Nant"ın futbolçusu: "Qarabağ"la oyunda nokaut olduq"

12:38 - 18 Sentyabr 2022

"Nant"ın futbolçusu Samuel Mutussami Liqa 1-in VIII turunun "Lans"la matçından əvvəl açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyun haqda danışıb:

 

"Qarabağ"a oyunda daha yaxşısını etmək istəyirdik. Bir az ağrılı nəticə oldu. Xüsusilə, ikinci hissədə yaxşı çıxış etmədik. İlk hissədə pis deyildik, fasilədən sonra aşağı endik və nokaut olduq. "Qarabağ" bizdən daha intensiv və təsirli idi".

 

Qeyd edək ki, "Qarabağ" - "Nant" qarşılaşması Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti