Millimizin üzvü: "Bir xaldan daha çoxunu istəyirdik"

16:30 - 18 Sentyabr 2022

Niderlandın "Eyndhoven" klubunda çıxış edən Ozan Can Kökçü çempionatın 8-ci turunun "Roda" ilə oyunundan (3:3) sonra instaqramda paylaşım edib.

 

Sportal.az xəbər verir ki, komandasının üçüncü qolunu vuran 24 yaşlı vinger irəliləməyə davam etdiklərini bildirib:

 

"Bir xaldan daha çoxunu istəyirdik. İrəliləməyə davam edirik. İndi isə beynəlxalq oyunlar üçün fasilədir".

 

Ozan Can Azərbayca millisinin Millətlər Liqasında Slovakiya və Belarusla oyunları üçün heyətə dəvət alıb.

Qeyd edək ki, futbolçu bu mövsüm "Eyndhoven"in heyətində meydana çıxdığı 7 oyunda 4 qola imza atıb.

Xəbər xətti