Suaresin Uruqvay macərası tez bitəcək

17:19 - 20 Sentyabr 2022

"Atletiko" ilə müqaviləsi bitdikdən sonra ölkəsinin "Nasyonal" klubuna keçən Luis Suares burada çox qalmayacaq.

 

Sportal.az xəbər verir ki, ulduz futbolçunun Uruqvay macərası cəmi 4 ay davam edəcək. Bu barədə "Nasyonal"ın prezidenti Joze Fuentes məlumat verib:

 

"Noyabr ayında mövsüm bitir və Suares bizdən ayrılacaq. Razılığımız belə olmuşdu. İnsanları yanlış gözləntilərlə ümidləndirmək istəmirəm".

 

35 yaşlı hücumçu DÇ-2022 bitdikdən sonra yanvar ayından etibarən karyerasını yenidən Avropada davam etdirmək istəyir.

Xəbər xətti