Poçettino bu klubun baş məşqçisi ola bilər

20:56 - 20 Sentyabr 2022

Komandanın göstərdiyi nəticələrdən narazı olan "Nitsa" rəhbərliyi baş məşqçisi Lusyen Favrla yollarını ayıra bilər.

Sportal.az xəbər verir ki, artıq 64 yaşlı mütəxəssisin yerinə namizəd də var. Bu, son olaraq PSJ-ni çalışdıran Maurisio Poçettinodur. Məlumatı ESPN yayıb.

Qeyd edək ki, "Nitsa" Fransa çempionatında 8 turdan sonra 8 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsindədir.

Xəbər xətti