Volkan Super Liqa klubunun baş məşqçisi oldu

16:12 - 21 Sentyabr 2022

Türkiyənin "Hatayspor" klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim edib.

 

Sportal.az xəbər verir ki, Super Liqa təmsilçisini Volkan Demirel çalışdıracaq. Bu barədə Hatay klubunun mətbuat xidməti məlumat yayıb.

 

40 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalandığı bildirilib.

 

Qeyd edək ki, son iş yeri "Fatih Karagümrük" olan Volkan Demirel "Hatayspor"un baş məşqçisi postunda bir neçə gün öncə istefaya göndərilən Sərkan Özbaltanı əvəz edib.

Xəbər xətti