Millimizin rəqiblərinin oyununda 8 qol

16:41 - 21 Sentyabr 2022

19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələ oyunlarına start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yer aldığı ikinci qrupda ilk matç baş tutub. Türkiyə və Lüksemburqun U-19 yığma komandalarının görüşü 4:4 hesablı bərabərliklə başa çatıb.

 

Qeyd edək ki, millimiz də bu gün ilk oyununa çıxacaq. Miloş Velebitin təhbərlik etdiyi kollejtiv Bakı vaxtilə saat 18:00-da seçmə mərhələyə ev sahibliyi edən Bolqarıstanla üz-üzə gələcək.

Xəbər xətti