Françesko Kaltsona: "Azərbaycan millisinə mütləq qalib gəlməliyik"

18:20 - 21 Sentyabr 2022

Slovakiya yığma komandası UEFA Millətlər Liqası 5-ci turunun oyununda sabah Azərbaycan millisini qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Françesko Kaltsona açıqlama verib. O, mütləq qalib gəlməli olduqlarını deyib:

 

"Bizi ağır oyun gözləyir. Azərbaycan millisi çox yaxşı komandadır. Rəqibimiz yaxşı təşkil olunmuş kollektivdir. Heyətində yaxşı futbolçular var. Bu komandada italiyalı məşqçinin əli hiss olunur. Taktiki baxımdan çox yaxşıdırlar. Biz səbirli oyun nümayiş etdirməliyik. Azərbaycan millisinə mütləq qalib gəlməliyik".

 

Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti