Millimiz seçmə mərhələyə məğlubiyyətlə başladı

19:55 - 21 Sentyabr 2022

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, millimiz bu gün Bolqarıstanın Albena şəhərində keçirələn oyunda Bolqarıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

 

Matç rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Miloş Velebitin rəhbərlik etdiyi yığmamız ikinci oyunu 24 sentyabr tarixində Türkiyə millisinə qarşı keçirəcək.

Xəbər xətti