Emin Mahmudov: "Baş məşqçi necə oynayacığımızı izah edib"

20:57 - 21 Sentyabr 2022

Azərbaycan milli komandası UEFA Millətlər Liqası qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah Slovakiyanın qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, matçdan öncə keçirilən mətbuat konfransında yığmamızın kapitanı Emin Mahmudov açıqlama verib:

 

"Baş məşqçi necə oynayacığımızı izah edib. Çalışacağıq ki, onu verdiyi tapşırıqları yerinə yetirək. Sözün həqiqi mənasında “vuruşaq” və yaxşı nəticə əldə edək".

 

Qeyd edək ki, Slovakiya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə saat 22:45-də start götürəcək.

Xəbər xətti