Emin Mahmudov: "Çalışacağıq ki, xarakterimizi göstərək və qələbə qazanaq" - MÜSAHİBƏ

16:14 - 24 Sentyabr 2022

Milli komandamızın kapitanı Emin Mahmudiv "Meta-ratings.kz" saytına müsahibə verib.

 

Sportal.az 30 yaşlı yarımmüdafiəçinin müsahibəsini diqqətinizə çatdırır:

 

- Qazaxıstanla matçın Azərbaycan yığması üçün əhəmiyyəti nədir?

- Milli komandada oynayanda motivasiya həmişə böyük olur, yoldaşlıq oyunu olsa belə. Qazaxıstanla oyun bizim üçün çox önəmlidir. Çalışacağıq ki, xarakterimizi göstərək və qələbə qazanaq. İstənilən halda qələbə qazanmaq və yaxşı oyun göstərmək bizim üçün vacib olacaq.

 

- Qazaxıstanın qrupda birinci yeri tutması sizin üçün nə dərəcədə gözlənilməz oldu?

- Bəli, Qazaxıstan gözlənilmədən birinci yeri tutdu, çünki qrup mərhələsi başlamazdan əvvəl Slovakiya yığması aşkar favorit idi. Amma komandanız yeni məşqçi ilə çox gözəl futbol nümayiş etdirdi və slovakları iki dəfə üstələyərək yaxşı nəticə əldə etdi.

 

- Karyeranızda Azərbaycan, Rusiya və Portuqaliyada çıxış etmisiniz. Qazaxıstan klublarından təklif varmı?

- Düzünü desəm, Qazaxıstandan heç vaxt təklif almamışam, ona görə də bu haqda deməyə sözüm yoxdur.

 

- Bəs Qazaxıstan çempionatı haqqında nə bilirsiniz? Emil Balayev çempionatımızdan danışıb?

- Qazaxıstan çempionatı ilə tanış deyiləm, amma təbii ki, “Astana” və “Kayrat” kimi komandaları tanıyıram, çünki onlar avrokubokların qrup mərhələsində çıxış ediblər.

 

- Qazaxıstanlı futbolçulardan kimi tanıyırsınız? Ümumiyyətlə, komandamızın heyətində kimləri qeyd edə bilərsiniz?

- Mən heç bir futbolçunu şəxsən tanımıram. Amma Zaynutdinovu tanıyıram, çünki o, ÇSKA-da oynayır. Yaxşı oyunçudur, çox texnikalıdır. Tağıbergeni də qeyd edərdim. Texnikalı, ağıllı, necə oynamağı bilən futbolçudur. Qazaxıstan millisi ilk növbədə baş məşqçinin tələblərini çox yaxşı və nizam-intizamla yerinə yetirən məşqçi komandasıdır.

 

- Azərbaycan komandası niyə hələ də oyunlarını kiçik “Dalğa Arena” stadionunda keçirir?
- Bu barədə nəsə deyə bilmərəm. Amma bura bizim ev stadionlarımızdan biridir, çox rahatdır.

 

- Oyun öncəsi Azərbaycan millisinin azarkeşlərinə nə vəd edə bilərsiniz?

-  Söz verirəm ki, yaxşı nəticə üçün böyük motivasiya ilə mübarizə aparacağıq və onları sevindirməyə çalışacağıq.

 

Elçin Əlixan

Xəbər xətti