"Liverpul" keçmiş "Fənərbaxça"lını istəyir

18:53 - 24 Sentyabr 2022

"Napoli"nin müdafiəçisi Kim Min-Je Avropanın nəhəng klublarının diqqət mərkəzindədir.


Sportal.az xəbər verir ki, cənubi koreyalı futbolçunu transfer etmək klublardan biri "Liverpul"dur. İngiltərə təmsilçisi qış transfer pəncərəsi zamanı Neapol klubuna 25 yaşlı mərkəz müdafiəçisi üçün təklif göndərməyi planlaşdırır.


Qeyd edək ki, Kim Min-Je "Napoli"ye mövsümün əvvəlində "Fənərbaxça"dan 18 milyon avroya transfer olunub. O, İtaliya klubunun heyətində meydana çıxdığı 8 matçda 2 qol vurub.

Xəbər xətti