Azərbaycanlı idmançı beynəlxalq turnirin qalibi oldu

16:34 - 27 Sentyabr 2022

Bakı Tennis Akademiyasında ənənəvi ITF Payız Kuboku turnirinin növbəti - 4-cü mərhələsi sona çatıb.
 

Sportal.az xəbər verir ki, yarışda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ukrayna, İsrail, Gürcüstan, İran, Özbəkistan və digər ölkələrdən 87 idmançı bacarığını göstərib.

 

18 yaş kateqoriyasında mübarizədə dəfələrlə yerli və beynəlxalq turnirlərin qalibi Kənan Qasımov ilk mərhələdə rusiyalı İvan Mezentsev, ikinci mərhələdə ukraynalı Timur Devyatyarov, 1/4 finalda rusiyalı Kuzma Qomziakov, yarımfinalda isə daha bir rusiyalı Roman Xarlamova qalib gələrək finala yüksəlib. Kənan həlledici görüşdə Rusiyanın digər təmsilçisi Lev Lutkovla mübarizə aparıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan tennisçimiz ilk setdə 6:1, 2-ci hissədə 6:3 hesabı ilə qalib gələrək kuboku qazanıb.

 

Çempionumuz qələbə təəssüratlarını bölüşüb: "Qalib olduğum üçün çox xoşbəxtəm. Bu, gərgin məşqlərin, çəkilən əziyyətin bəhrəsidir. Federasiya rəhbərliyinə bu gözəl turnir üçün təşəkkür edirəm".

Xəbər xətti