"Qarabağ"ın rəqibinin ən yaxşısı açıqlandı

16:50 - 27 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələində "Qarabağ"ın rəqibi olan "Nant"da sentyabr ayının ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, Fransa təmsilçisində ayın ən yaxşısı adına Mustafa Məhəmməd layiq görülüb. Misirli forvard azarkeşlər arasında keçirilən sorğuda hər kəsi qabaqlayıb.

 

"Nant" Mustafa Məhəmmədi "Qalatasaray"dan mövsümün sonuna kimi icarəyə götürüb. 25 yaşlı hücumçu Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 8 matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Qeyd edək ki, "qarabağ" Bakıda keçirilən oyunda "Nant"ı 3:0 hesabı ilə məğlub edib.

Xəbər xətti