"Bavariya"nın Harri Keyn planı

19:24 - 27 Sentyabr 2022

Robert Levandovskini "Barselona"ya satan "Bavariya" hücum xəttini yeni futbolçu ilə gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Münhen təmsilçisinin əsas transfer hədəfi "Tottenhem"in forvardı Harri Keyndir. Almaniya klubu artıq ingilis forvardla təmas qurub. 

 

Almaniya mətbuatının yazdığına görə, tərəflər arasında danışıqlar davam edəcək.

 

"Tottenhem" isə futbolçusu ilə yeni müqavilə imzalamaq istəyir. İngiltərə millisinin üzvü hələ ki, sözləşməsinin uzadılması ilə bağlı qərar verməyib.

 

Qeyd edək ki, Harri Keyn cari mövsümdə "Tottenhem"in heyətində meydana çıxdığı 9 rəsmi matçda 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti