İngiltərə millisinin üzvü Mançester derbisini buraxacaq

12:17 - 28 Sentyabr 2022

"Mançester Yunayted" və İngiltərə millisinin müdafiəçisi Harri Maquayr sıradan çıxıb.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, belindən zədələnən müdafiəçi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, Millətlər Liqasının VI turunun İngiltərə - Almaniya matçında (3:3) zədələnib.

Mauqayr İngiltərə çempionatının oktyabrın 2-də keçiriləcək Mançester derbisini buraxmalı olacaq. 

Xəbər xətti