Elmar Baxşıyev: "Bizi çətin oyun gözləyir"

15:58 - 29 Sentyabr 2022

"Qəbələ" Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə "Səbail"in qonağı olacaq. 

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Elmax Baxşıyev matçdan öncə "CBC Sport" kanalına açıqlama verib. 42 yaşlı mütəxəssis komandanın hazırlığını dəyərləndirib:

 

"Ümumi plan üzrə hazırlaşırıq. Bu gündən Səlahət Ağayev də komandaya qoşulub. Emil Səfərovla Omar Hani də sabah kollektivə qoşulacaq. Bizi çətin oyun gözləyir. Bilirik ki, "Səbail" də yaxşı komandadır, iddialıdır. Ona görə də komanda şəklində daha yaxşı hazırlaşıb, uğurlu nəticəyə ümid edirik".

 

Qeyd edək ki, "Səbail" - "Qəbələ" qarşılaşması sabah saat 19:00-da "ASCO Arena"da baş tutacaq.

Xəbər xətti