"Atletiko"nun qapıçısı İngiltərə klubuna keçir

17:22 - 29 Sentyabr 2022

Sloveniya millisinin və "Atletiko"nun qolkiperi Yan Oblak karyerasını İngiltərədə davam etdirməyə yaxındı.

Sportal.az "Evening Standard" portalına istinadən xəbər verir ki, "Tottenhem" təcrübəli qapıçı ilə danışıqlara başlayıb.

London təmsilçisinin rəsmiləri Oblaka Huqo Lorisin əvəzləyicisi gözü ilə baxır. Sloveniyalı qapıçının yayda "Tottenhem"lə müqavilə imzalayacağı gözlənilir.

“Olimpiya”(Lyublyana) yetirməsi olan 29 yaşlı qapıçı “Benfika”, “Beyra-Mar”, “Olhanense”, “Unio de Leyriya”, “Rio Ave” klublarında oynadıqdan sonra 2014-cü ildə “Atletiko”ya keçmişdi.

Xəbər xətti