UEFA Avropa Liqasının sosial şəbəkə hesabı "Qarabağ"ın kapitanı Maksim Medvedevlə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, AL təcrübəli futbolçunu 33 yaşının tamam olması münasibətilə təbrik edib.
Bununla yanaşı isə Medvedev barədə bu cür yazılıb: "Bir klubun adamı. Kapitan. Lider".
Maksim 2006-cı ildən "Qarabağ"da çıxış edir.